Britaniya kralının xəstəliyi sağalmazdır?

Britaniya kralının xəstəliyi sağalmazdır?

Britaniya Kralı III Çarlzın yaxınları onun xərçəng xəstəliyindən sağala bilməyəcəyini hesab edirlər.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Telegraph" məlumat verib.

Kral sarayında yaşayanların məlumatına görə, monarxın xəstəliyi sağalmazdır. Eyni zamanda, hər kəs əmindir ki, onun ölümünə səbəb bu xəstəlik olmayacaq.

Qeyd olunur ki, buna görə də Çarlz heç vaxt Bukingem sarayında yaşamayacaq. Saray bir neçə ildir ki, təmirdədir. Təmirin üç ilə başa çatacağı gözlənilir.

"Cebheinfo.az"