Brüssellə gərginlik artır
Ukraynanın Avropa İttifaqına sürətlə üzv olmaq cəhdləri Kiyev, Brüssel və bir sıra Avropa paytaxtları arasında fikir ayrılıqlarına səbəb olub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, Brüssel Ukraynada həyata keçirilən islahatların tempindən narazıdır. Kiyev isə üzvlük prosesinin siyasi səbəblərdən, o cümlədən Fransada 2027-ci ildə keçiriləcək prezident seçkiləri fonunda ləngidilə və ya dondurula biləcəyindən ehtiyat edir.
Nəşrin yazdığına görə, Kiyev yayın sonunadək Aİ ilə təkcə bir deyil, bir neçə danışıqlar klasterinin açılmasını istəyir. Bu məsələ tərəflər arasında gərginliyi daha da artırır.
Daha əvvəl Brüsseldəki mənbələr bildirmişdilər ki, Ukrayna və Moldova ilə Aİ-yə üzvlüklə bağlı danışıqların iyunun 15-də Lüksemburqda keçiriləcək hökumətlərarası konfrans çərçivəsində başlaması gözlənilir.
Aişə Abdulova
“Cebheinfo.az”

