Bu dəfə fələstinlilər üçün bir araya gəldilər

Bu dəfə fələstinlilər üçün bir araya gəldilər

Yaponiya qeyri-hökumət təşkilatlarının üzvləri və Tokioda yaşayan müsəlman ölkələrinin vətəndaşları paytaxtdakı Şincuku stansiyasının qarşısında bir araya gəliblər.

"Cebhe.info" xəbər verir ki, stansiyanın qarşısındakı piyada zolağında “Fələstin üçün səs ver” mövzusunda keçirilən tədbirdə nümayişçilər nağara, darbuka, saksafon, sinc kimi alətlərlə ritm saxlayaraq mahnılar oxuyublar.

Fələstin bayraqları daşıyan nümayişçilər “Yaponiya hökuməti, İsraili atəşkəsə çağır”, “Fələstini çaydan-dənizə azad edin” və “Terrorçu İsrail hökuməti” kimi şüarlar səsləndiriblər.

İsrail ordusunun Qəzza zolağına hücumlarına etiraz edən nümayişçilər əllərində "İsrailə qarşı sanksiyalar tətbiq edin" və "Yaponiya Fələstin xalqının yanındadır" yazılı plakatlar qaldırıb.

Ləman İsmayıl
"Cebhe.info"