Bu ölkədə ara qarışdı: Miqrantların evləri...

Bu ölkədə ara qarışdı: Miqrantların evləri...

Şimali İrlandiyada immiqrasiya əleyhinə etiraz aksiyası zamanı iki ev yandırılıb.

"Cebheinfo.az" xəbər verir ki, Şimali İrlandiyanın Ballimena şəhərində toplaşan immiqrasiya əleyhinə etirazçılar miqrantların evlərinin qapı və pəncərələri sındırıb, pərdələri isə yandırıblar.

İlkin məlumata görə, etiraz aksiyası zamanı narazı kütlə miqrantlara məxsus iki ev yandırılıb, alov digər mülklərə də keçib. Şəhərdə baş verən kiçik yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Etirazçıların polislə qarşı-qarşıya qaldığı hadisədə izdihamın arasından maskalı bir şəxsin polis maşınlarına “molotov kokteyli” atdığı görülüb.
Şimali İrlandiya Polisi Ballimena küçələrində baş verən hadisədən sonra etirazçıları təmkinli olmağa çağırıb.

"Hər kəsi sakit olmağa və məsuliyyətli davranmağa çağırırıq. Zorakılıq və nizamsızlıq insanları daha böyük risk altında qoyacaq", - deyə baş nəzarətçi Sue Steen bildirib.

Qeyd edək ki, hadisə 14 yaşlı iki oğlanın ölkənin şimal-şərqindəki Antrim qraflığındakı Koleraine Magistrates Məhkəməsində gənc qıza cinsi təcavüzdə ittiham olunaraq məhkəmə qarşısına çıxmasından bir neçə saat sonra baş verib.

Nigar Hacılı 
"Cebheinfo.az"