Bu ölkədə hərbi xidmət məcburi olacaq

Bu ölkədə hərbi xidmət məcburi olacaq

Serbiya Prezidenti Aleksandar Vucic ölkədə 75 günlük məcburi hərbi xidmətlə bağlı təklifi qəbul edib. 

"Cebheinfo.az" xəbər verir ki, Vuçiç paytaxt Belqradda keçirilən yüksəliş mərasimindəki çıxışında ölkəsinin güclü orduya ehtiyacı olduğunu bildirib.

O, qadınların da könüllü əsgərliyə gedə biləcəyini deyib. 

Xatırladaq ki, 2010-cu ildə Serbiyada keçirilən parlament səsverməsində hərbi xidmətin məcburi olmamasına qərar verilib. 

Ləman İsmayıl
"Cebheinfo.az"