Bu ölkədə işsizlərin sayı artır

Bu ölkədə işsizlərin sayı artır

İngiltərədə fevral-aprel dövründə işsizlik 4,4 faizə yüksəlib.

"Cebhe.info" xəbər verir ki, İngiltərənin Milli Statistika İdarəsi (ONS) fevral-aprel aylarını əhatə edən əmək bazarı ilə bağlı məlumatları açıqlayıb.

Hesabata görə, ölkədə işsizlik illik və rüblük bazda artaraq fevral-aprel dövründə 4,4 faizə yüksəlib. Məşğulluq isə 74,3 faizə qədər geriləyib.

İngiltərədə işçilərin bonuslar nəzərə alınmadan müntəzəm maaşlarının illik artımı bu dövrdə 6 faiz, mükafatlar daxil olmaqla maaşlarda isə 5,9 faiz olaraq hesablanıb.

Nigar Hacılı 
"Cebhe.info"