Çexiyada silah anbarı partlayıb: xəsarət alanlar var - YENİLƏNİB

Çexiyada silah anbarı partlayıb: xəsarət alanlar var - YENİLƏNİB

Çexiyada yerləşən “Libava” hərbi poliqonundakı silah anbarında partlayışda azı 1 hərbçi ölüb.

APA-nın “Novinky” xəbər portalına istinadən məlumatına görə, bu barədə Çexiya ordusundan məlumat verilib.

Hadisə zamanı 8 nəfərin də yaralandığı qeyd olunub.

***

15:57

Çexiyada yerləşən “Libava” hərbi poliqonundakı silah anbarında partlayış baş verib.

APA-nın “Novinky” xəbər portalına istinadən məlumatına görə, səhər saatlarında baş verən hadisə güclü yanğınla müşahidə olunub. Nəticədə 9 nəfər xəsarət alıb. Onlardan birinə hadisə yerində ilkin tibbi yardım göstərilib, digərləri isə helikopterlərlə xəstəxanaya çatdırılıb.

O da qeyd olunub ki, hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

"Cebhe.info"