Çin NATO-nu hədəfə alıb?

Çin NATO-nu hədəfə alıb?

Çinin kibertəhlükəsizlik firması "I-Soon" tərəfndən NATO və 10-dan çox ölkənin ictimai qurumlarının hədəf aldığı iddia olunur.

"Cebhe.info" xəbər verir ki, ABŞ-də yerləşən kibertəhlükəsizlik şirkəti "SentinelLabs" tərəfindən verilən açıqlamaya görə, şirkətin təhlükəsizlik analitikləri naməlum şəxs tərəfindən açıq proqram inkişaf platforması "GitHub"-a yüklənmiş və "I-Soon" şirkətinin əlində olduğu iddia edilən həssas sənədləri araşdırıblar.

Araşdırmalar nəticəsində Çində dövlət qurumları ilə ortaq fəaliyyət göstərən "İ-Soon"un 10-dan çox ölkənin dövlət qurumları ilə yanaşı, müxtəlif qurum və universitetləri, o cümlədən NATO-nu hədəf aldığı iddia edilib.

Sözügedən sənədlərin həqiqi olub-olmadığını əminliklə yoxlanılmasının mümkün olmadığı bildirilsə də, "SantinelLabs" analitikləri öz şərhlərində belə deyiblər:

“Sızıntı indiyə qədər açıq şəkildə görülən ən konkret detallardan bəzilərini təqdim edir və Çinin kiber casusluq ekosistemi yetişməkdə olan mahiyyətini ortaya qoyur”.

Nigar Hacılı 
"Cebhe.info"