Çin Qafqaz savaşına qoşulur

Çin Qafqaz savaşına qoşulur

ABŞ Nümayəndələr Palatası rəsmi olaraq "Çinin Qafqaza Nəzarətinə qarşı Mübarizə Qanunu" kimi tanınan  ((Countering China's Control of the Caucasus Act).) H.R. 7668-i təsdiqləyib.

“Cebheinfo.az” xəbər verir ki, qanun layihəsi Gürcüstanda fəaliyyət göstərən Rusiya və Çin kəşfiyyat aktivləri və təsir şəbəkələri haqqında hesabatların tərtib edilməsini, Moskva və Pekin arasında ölkə daxilində əməkdaşlıq sahələrinin müəyyən edilməsini, Tbilisi ilə gələcək əlaqələr üçün daha geniş ABŞ strategiyasının hazırlanmasını tələb edir.

Qanunun əsas müəllifi, Cənubi Karolinadan olan respublikaçı konqresmen Co Uilson səsvermədən sonra “Azadlıq” Radiosuna verdiyi müsahibədə təşəbbüsün ölkənin hazırkı rəhbərliyini deyil, gürcü xalqını dəstəkləməyə yönəldiyini vurğulayıb:

"Amerika əleyhinə olan “Gürcü Arzusu” Partiyası gürcü xalqını təmsil etmir. Gürcülər ABŞ ilə güclü münasibətlər istəyirlər. Buna nail olmağın yeganə yolu siyasi məhbusları azad etmək, azad və ədalətli seçkilər keçirmək və Çin, Rusiya və İranın zərərli təsirini aradan qaldırmaqdır".

Nümayəndələr Palatasının bu hərəkəti Çin və Gürcüstanın 9 iyunda ikitərəfli münasibətlərini hərtərəfli strateji tərəfdaşlığa yüksəldən rəsmi birgə bəyanatı ilə eyni vaxta təsadüf edib. 

Xəzər
“Cebheinfo.az”