Daha bir ölkədə zəlzələ: Azı 12 nəfər ölüb, binalar dağılıb

Daha bir ölkədə zəlzələ: Azı 12 nəfər ölüb, binalar dağılıb

Ekvadorun cənub sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 12 nəfər ölüb.

Cebhe.info xəbər verir ki, yerli vaxtla günorta saatlarında baş verən 6,7 bal gücündə zəlzələdən sonra bir neçə şəhərdə binalar dağılıb.

İnsanların dağılmış evlərin içində qapalı qaldığı El Oro əyaləti ən çox zərər çəkib.

El Oroda 11, Azuay əyalətində isə 1 nəfər ölüb.

Maçala və Kuenka şəhərlərində binalara və nəqliyyat vasitələrinə ziyan dəyib.

Zəlzələnin episentri Ekvadorun ikinci ən böyük şəhəri, təxminən üç milyon insanın yaşadığı Quayaquildən 80 km aralıda yerləşən Balao yaxınlığında olub.

Zəlzələnin Manabi, Manta və paytaxt Kito da daxil olmaqla bir sıra digər şəhərlərdə də hiss olunduğu bildirilir.

Bu, Ekvadorda 2016-cı ildən bəri baş verən ən güclü zəlzələdir. O zaman zəlzələ 700-ə yaxın insanın ölümünə və minlərlə insanın xəsarət almasına  səbəb olmuşdu.

Peru səlahiyyətliləri zəlzələnin ölkənin şimal bölgələrində hiss edildiyini deyib. Lakin tələfat və dağıntılar barədə məlumat verilmir.

Xəzər
Cebhe.info