David Babayanın yalanı: Erməniyə duz da göndərən Azərbaycanın çörəyinin duzu yox imiş - VİDEO

David Babayanın yalanı: Erməniyə duz da göndərən Azərbaycanın çörəyinin duzu yox imiş - VİDEO

“Azərbaycan Qarabağa heç bir humanitar yardım göstərməyib. Qarabağ Laçın dəhlizi ilə Ermənistandan onlara humanitar yardımın gələcəyini gözləyir”.

Cebhe.info-nun məlumatına görə, qondarma rejimin nümayəndəsi David Babayan Ermənistan mediasına açıqlamasında belə deyib.

“İndi təbii ki, bəzi şeylər bərpa olunur, biz Gorusdan Laçın dəhlizi vasitəsi ilə Ermənistandan humanitar yüklərin gəlməsini gözləyirik”,-deyə Babayan bildrib.

O, həmçinin bildirib ki, digər məsələlərlə yanaşı, son döyüşlərdə ölən və itkin düşənlərin cəsədlərinin tapılması üçün Qarabağda axtarış işləri aparılmalıdır. Azərbaycandan göndərilən 20 ton humanitar yardımın Xankəndinə çatdırılması hər kəsin gözləri qarşısında baş verdiyi halda David Babayanın bu cür ağ yalan söyləməsi onun xarakterindəki düşmənçilik hissinin zərrə qədər də olsa azalmadığını göstərir. Bunun isə yalnız bir adı var-erməni xisləti. Yediyi çörəyi tapdalamaq...

Onun düşüncəsində, daxilində Azərbaycana, türkə nifrətdən başqa heç nə yoxdur. Davad Babayanın dedikləri ermənilərin humanitar “aclıq”, “böhran” təbliğatının yalan olduğunu bir daha təsdiq edir. Halbuki, erməni sakinlərə ərzaq, yanacaq, tibbi və gigiyenik ləvazimatlardan ibarət humanitar yardımın göndərilməsini elə babayanların Yevlaxa gəlmiş nümayəndələri özləri Azərbaycan dövlətindən xahiş ediblər. Azərbaycan da yüksək humanizm göstərərək necə deyərlər, səhərin gözü açılmamış Xankəndinə 20 ton yardım göndərib. Bunları əks etdirən foto və video görüntülər var.

Əgər yalandırsa, o zaman necə olur ki, ermənilərin açdığı yardım qutularının içindən “Azərçay” çıxır? Yaxud “yodlaşdırılmış xörək düzü”ndan istifadə edən erməni onun haradan gəldiyini bilmir?

Əgər göndərilən yağların üzərinə “Möcüzə” yazılıbsa, Azərbaycanın heç bir yardım göndərmədiyini dair necə iddia etmək olar?

Həqiqəti danıb özünü yazıq, əzilən obrazda qələmə vermək xasiyyətinə malik olmaq üçün yalnız erməni olmaq lazımdır. Babayan doğrudan da əsl erməni imiş...

Müşfiq Abdulla
Cebhe.info