Dörd mindən çox yük maşını “Yuxarı Lars”dan keçmək üçün gözləyir
"Yuxarı Lars" keçid məntəqəsindən 4,8 mindən çox yük maşını keçmək üçün gözləyir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzi xəbər yayıb.
Rusiya-Gürcüstan sərhədinə gedən yolda növbə “Yuxarı Lars” keçid məntəqəsində dayanacaq yerlərinin olmaması və turizm mövsümü ilə əlaqədar çoxlu avtomobil axını səbəbindən yaranıb.
Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün ümumilikdə 4 863 treyler gözləyir.
"Cebheinfo.az"