Dünya qarışdı: Təyyarələr nə qalxa, nə də enə bilir

Dünyanın bir sıra aviaşirkətləri "Microsoft Azure" bulud saxlama platformasındakı nasazlığa görə uçuşları ləğv edəcək. Bundan əlavə, bütün dünyada "Windows 10" istifadəçiləri yeni "Crowdstrike" antivirus yeniləməsi səbəbindən böyük fasilələrlə üzləşirlər.
"Cebhe.info"-nun CNN-nə istinadən məlumatına görə, ABŞ Mülki Aviasiya Administrasiyası rabitə problemləri səbəbindən American Airlines, United Airlines və Delta Airlines şirkətlərinin uçuşlarının dayandırıldığını açıqlayıb.
Aerodromun operatoru Aena bildirib ki, İspaniya hava limanlarında uçuş gecikmələrinə səbəb ola biləcək "kompüter sistemində insident" yaşanır.
Berlin-Brandenburq Beynəlxalq Hava Limanı da fəaliyyətini dayandırıb. Təyyarələr nə qalxa, nə də enə bilir. Avstraliyanın ABC telekanalı xəbər verir ki, Avstraliyada qlobal texniki nasazlıq baş verib, bunun nəticəsində telekommunikasiya operatorları, banklar və aviaşirkətlər kütləvi şəkildə zərər çəkib, Microsoft noutbuklarının işləməsi ilə bağlı problemlər yaranıb.
“Microsoft Azure” bulud saxlama platformasındakı nasazlıq Amerika aviaşirkətlərinin ən azı 130 reysinin ləğvinə və 200-dən çox reysinin gecikməsinə səbəb olub, CNN xəbər verir.
Hindustan mətbuatı xəbər verir ki, əlavə olaraq, bütün dünyada Windows 10 istifadəçiləri yeni Crowdstrike yeniləməsi səbəbindən böyük fasilələrlə üzləşirlər. Bu, kompüterlərin yeniləmə ekranında ilişib qalmasına səbəb olur. Sosial mediada bir neçə istifadəçi bərpa səhifəsinə yapışmış ekran şəkillərini paylaşıb:
“Deyəsən, "Windows" düzgün yüklənməyib. Yenidən başladıb yenidən cəhd etmək istəyirsinizsə, aşağıda "Kompüterinizi yenidən başladın" seçin".
Xəzər
"Cebhe.info"