Elektron viza üçün müraciət edənlərin sayı artıb

Elektron viza üçün müraciət edənlərin sayı artıb

Rusiya Xarici İşlər Nazirliyi elektron viza müraciətinin başlamasından bir il sonra bu vizanı alan əcnəbilərin sayını açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, 2023-cü ilin avqustundan 2024-cü ilin iyulunadək 540,9 min əcnəbi elektron viza alıb.

Məlumatı yayan RBC qəzeti yazır ki, bu vizalara daha çox Çin, Səudiyyə Ərəbistanı, Almaniya, Türkiyə və Estoniya vətəndaşları müraciət edir.

Ən çox elektron viza alan ölkə isə 254,2 min müraciətlə Çin olub. Bunu 43,4 min müraciətlə Səudiyyə Ərəbistanı və 42,6 min müraciətlə Almaniya izlədi. 

İlk beşlikdə Türkiyə və Estoniya da yer alıb. Hindistan, Latviya, İran, Küveyt və Litva elektron viza müraciətində ilk on ölkə sırasındadır.

Rusiya Turoperatorlar Assosiasiyasının vitse-prezidenti Artur Muradyanın sözlərinə görə, vizaların əksəriyyəti qısamüddətli turist və ya işgüzar səfərlər üçün alınır.

Xatırladaq ki, Rusiya 2023-cü il avqustun 1-dən elektron viza müraciətinə başlayıb. 55 ölkənin vətəndaşları bu vizanı turizm, kommersiya, humanitar və qonaqpərvərlik səfərləri, həmçinin sosial, iqtisadi və idman tədbirlərində iştirak üçün ala bilərlər. 

Viza birdəfəlikdir, alındığı tarixdən 60 gün müddətində etibarlıdır və Rusiyada maksimum 16 gün qalmaq imkanı verir.  Müraciət haqqı 52 dollardır.

Nigar Hacılı 
"Cebheinfo.az"