Ərdoğan müsəlman ölkələrinə çağırış edib

Ərdoğan müsəlman ölkələrinə çağırış edib

“Türkiyə İsrailin Qəzzada təcavüzünü dayandırmaq üçün əlindən gələni edəcək”.

"Cebhe.info" “Yeni Şafak”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Türkiyə bu istiqamətdə ciddi və zəruri addımlar atmaq iqtidarındadır:

"Kim bu məsələnin bizimlə heç bir əlaqəsi olmadığını iddia edirsə, ya dünyadan xəbərsizdir, ya da başqalarının maraqlarına xidmət edir. Ona görə də Qəzzada zülmün dayanması, Qüdsdəki hücumların qarşısının alınması üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Türkiyə Qəzzadakı zülmə qarşı dünyadakı müsəlman ölkələrinin birgə fəaliyyətini təmin etməyə çalışacaq”.

Türkiyənin Qəzza xalqına göndərdiyi yardımın 34 min tonu keçdiyini bildirən Ərdoğan cümə axşamı bölgəyə daha 2380 ton növbəti humanitar yardımın gəmiylə göndərildiyini deyib.

Yunis Abdullayev 
"Cebhe.info"