Ərdoğan: “Türkiyə daxilində terrorçu qalmayıb”

Ərdoğan: “Türkiyə daxilində terrorçu qalmayıb”

Türkiyə terrora qarşı uğurla mübarizə aparır. Artıq Türkiyə daxilində terrorçu qalmayıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bütün çətinliklərə rəğmən, imperialistlərə, terrorçulara təslim olmayıb: “Cənub sərhədlərimizdə terrorçu dövlətlərin yaradılmasına da imkan vermədik”.

Türkiyə söyləyib ki, terrorçulara qarşı mübarizədə müdafiə sənayəsi məhsulları, o cümlədən pilotsuz uçuş aparatları, qırıcı təyyarələr mühüm rol oynayır: "Arxalarında kimin olmasından asılı olmayaraq, son terrorçu məhv edilənə qədər mübarizəni davam etdirəcəyik".

"Cebhe.info"