Ərdoğan xəbərdarlıq etdi: “Əl-qolumuzu sallayıb oturmuruq”

Ərdoğan xəbərdarlıq etdi: “Əl-qolumuzu sallayıb oturmuruq”

“Türkiyə kəşfiyyatı İsrailin Ankaraya qarşı yönəlmiş bütün addımlarını izləyir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyadan qayıdarkən jurnalistlərə bildirib:

“İsrail təcavüzünü görməzdən gəlmək olmaz. Hazırda kəşfiyyatımızın köməyi ilə İsrailin Türkiyəyə qarşı atdığı və ya gələcəkdə ata biləcəyi istisnasız bütün addımları nəzarətdə saxlayırıq. İsrail yalnız Fələstin və Livanın sabitliyinə deyil, bütün bölgəyə təhlükə yaratmağa çalışır. Biz bütün bunlardan xəbərdarıq və əl-qolumuzu sallayıb oturmuruq”. 

Ərdoğan bildirib ki, Türkiyə hökuməti cəmiyyətə təhdid yaradan bütün risklərin aşkar olunması və aradan qaldırılması üçün səy göstərir.

Xəzər
“Cebheinfo.az”