Ərdoğandan "Kaan"la bağlı paylaşım

Ərdoğandan "Kaan"la bağlı paylaşım

Türkiyənin milli döyüş təyyarəsi “Kaan” bu gün səhər ilk uçuşunu uğurla həyata keçirib

"Cebhe.info" xəbər verir ki, bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paylaşım edib.

“Bu gün Türkiyə müdafiə sənayesinin daha bir qürurverici gününü yaşadıq. Milli döyüş təyyarəmiz “Kaan” səhər ilk uçuşunu uğurla həyata keçirib.

Beləliklə, Türkiyə öz 5-ci nəsil döyüş təyyarəsini istehsal etmək yolunda daha bir kritik mərhələni geridə qoydu.

“Bacarmazlar” deyən özünə inam kasıblarına, “hissəsi radiatora oxşayır” deyən həzmsizlərə, “Kaan” layihəsini ilk andan sabotaj etməyə çalışan işbirlikçilərinə baxmayaraq, milli döyüş təyyarəmiz bu gün səma ilə görüşdü, Allaha şükür.

Dostlara güvən, düşmənlərə qorxu aşılayan “Kaan”ın digər sınaqlarını tez başa vurmaq üçün səylərimizi gücləndirəcəyik.

Qarşıdakı dövrdə də müdafiə sənayesində millətimizə yeni müjdələr verməyə davam edəcəyik”.

"Cebhe.info"