Erməni deputat həvəslənib: “Çox ciddi proseslər başlayır”

Erməni deputat həvəslənib: “Çox ciddi proseslər başlayır”

“Dünyada və regionumuzda ya məhvə, ya da bağlı ümid qapılarının açılmasına səbəb ola biləcək çox ciddi proseslər başlayır. Ona görə də Qarabağ məsələsini qapanmış hesab etməyə tələsməyin”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Ermənistan” fraksiyasının deputatı, “Daşnaksütyun” Partiyasının üzvü Artur Xaçatryan özünün “Facebook” səhifəsində belə yazıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti çox yöndəmsiz vəziyyətə düşüb. 

Artur Xaçatryan Baş nazir Nikol Paşinyanı “ATƏT-in Minsk Qrupunun üzvləri bir-biri ilə danışmır” deyərək, formatın buraxılmasına haqq qazandırmaqda ittiham edib. “Bu arada, dünən Səudiyyə Ərəbistanında ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri arasında danışıqlar olub. Bəzi məlumatlara görə, müzakirə mövzusu yalnız Ukrayna deyil, həm də Qafqaz və Mərkəzi Asiya olub”,- deyə erməni deputat qeyd edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”