Erməni deputat sülh müqaviləsi haqqında: “Moskvaya getmirik, amma imtina da etmirik”

Erməni deputat sülh müqaviləsi haqqında: “Moskvaya getmirik, amma imtina da etmirik”

“Rusiya tərəfinin vasitəçiliyi ilə 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalanıb. Mənim üçün təəccüblüdür, Rusiya tərəfi iddia edir ki, onların “meydançasında” yeni danışıqlar aparılmalı və saziş bağlanmalıdır. Təəccüblü deyilmi?” 

“Cebhe.info” xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Mülki Müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan “Ermənistan Azərbaycanla niyə Moskvada sülh müqaviləsi bağlamır?” sualına cavabında deyib.

Eyni zamanda o qeyd edib ki, Ermənistan heç nədən imtina etmir:

“Biz Moskvaya getmirik, amma bundan da imtina etmirik”.

Xatırladaq ki, 2020-ci il noyabrın 9-da Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri Artsaxda bütün hərbi əməliyyatların dayandırılması haqqında Bəyanat imzalayıblar. 

Xəzər
“Cebhe.info”