Erməni polisi Əskiparaya gedən yolu açmağa çalışır

Erməni polisi Əskiparaya gedən yolu açmağa çalışır

Ermənistanın Tavuş rayonunun Kirants kənd sakinləri Əskiparaya gedən yolu bağlayıblar.

Polis yolu açmağa çalışır, aksiyanı davam etdirməyə imkan vermir. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “Armenian News.am” məlumat yayıb.

“Polis başqalarının pozulmuş hüquqlarını bərpa etmək və yolu açmaq istəyir. Səsinizi qaldırmısınız? Jurnalistlər bunu işıqlandırıb? Bunlar sizin problemi işıqlandırmağın yollarıdır, lakin bu, həqiqətənmi başqalarının hüquqlarının hesabınadır? Bu, o demək deyil ki, sizə qalan 3 milyonun hüquqlarını pozmağa icazə verilir”, - polis nümayəndəsi arxiyepiskop Baqrat Qalstanyana müraciət edərək qeyd edib.

Öz növbəsində arxiyepiskop aksiyanın polislə heç bir probleminin olmadığını vurğulayıb. 

Qeyd edək ki, səhər saatlarından Kirants sakinləri Əskipara  yolunu bağlayıblar. Politoloq Suren Petrosyan Facebook-da canlı yayımda bildirib ki, o,  kəndinddə Surb Astvatsatsin kilsəsində olub, silahlı qüvvələr kilsəyə bitişik ərazilərdə minalardan təmizləmə işləri aparmağa çalışır. Lakin kənd sakinləri onların işlərini davam etdirməsinə icazə verməyiblər.

Xəzər
“Cebhe.info”