Ermənistan Avroviziyadan məhrum edilə bilər?

Ermənistan Avroviziyadan məhrum edilə bilər?

Bu il sayca 68-ci Avroviziya mahnı müsabiqəsində Ermənistanı təmsil edən mahnının “Süd qardaşları” filminin musiqisi ilə oxşar olduğu iddia edilir.

"Cebhe.info" xəbər verir ki, Ermənistanı bu il Avroviziya mahnı müsabiqəsində təmsil edəcək Ladanivanın mahnısı ilə 1976-cı ildə çəkilmiş "Süd qardaşları" filminin musiqisi arasında oxşarlıq diqqət çəkib.

Hazırda Avroviziya mahnı müsabiqəsinə bir aydan da az vaxt qalıb. Mayın 7-də İsveçin Malmö şəhərində keçiriləcək müsabiqənin namizədləri və mahnıları bəlli olub.

Bu il İsrail böhranı ilə gündəmə gələn müsabiqədəki maraqlı oxşarlıq sosial mediada trend mövzusuna çevrilib.

İki mahnının oxşar olub-olmaması məsələsi sosial media istifadəçilərini iki yerə bölüb.

Bəziləri bu iki mahnının həqiqətən də oxşar olduğunu desələr də, digərləri heç bir əlaqəsi olmadığını iddia edirdilər.

Qeyd edək ki, baş rollarda Adile Naşit, Kemal Sunal və Şener Şenin çəkildiyi "Süd Qardaşlar" filmi bütün zamanların ən populyar filmlərindən biri olub.

Nigar Hacılı 
"Cebhe.info"