Ermənistan ilk yerli peykini kosmosa buraxır

Ermənistan ilk yerli peykini kosmosa buraxır

Ermənistanın ilk yerli peyki "Hayasat-1" bu axşam kosmosa buraxılacaq.

Cebhe.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Bazumk” Kosmik Tədqiqatlar Laboratoriyası məlumat yayıb.

“Bu axşam biz hamımız SpaceX Falcon 9 raketinin Ermənistanın ilk yerli peyki olan “Hayasat-1”i kosmosa çıxarmasını böyük maraqla izləyəcəyik.

Söz verdiyimiz kimi, bu tarixi uçuşa həsr olunmuş tədbiri, eləcə də uçuşun özünü bizimlə birlikdə izləmək imkanınız olacaq.

Dekabrın 1-i saat 21:00-da başlayacaq uçuş canlı yayımlanacaq”, - deyə məlumatda bildirilib.

Cebhe.info