Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin öldüyünü bildirib

Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin öldüyünü bildirib

Ermənistan Müdafiə Nazirliyi fevralın 13-də səhər saatlarında iki hərbçisinin öldüyünü bildirib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Nerkin-And istiqamətində baş verib.

Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

"Cebhe.info"