Ermənistanın Baş Qərargah rəisi ABŞ-a gedib

Ermənistanın Baş Qərargah rəisi ABŞ-a gedib

Ermənistan müdafiə nazirinin birinci müavini, silahlı qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir.

Bu barədə Ermənistan KİV-nin yaydığı məlumatda bildirilib.

E.Asryan oktyabrın 16-da Vaşinqtonda ABŞ Ordu Assosiasiyasının illik silah sərgisində iştirak edəcək.

"Cebheinfo.az"