Ermənistanda səhər aksiyası: Etirazçılar hökumət binasına gedir

Ermənistanda səhər aksiyası: Etirazçılar hökumət binasına gedir

“Bu gün yerli vaxtla saat 10:30-da hər tərəfdən maşınlarla Respublika meydanına, hökumət binasına gedirik”. 

“Cebhe.info” xəbər verir ki, bu barədə arxiyepiskop Baqrat Qalstanyan Müqəddəs Anna kilsəsinin həyətində növbəti gün üçün fəaliyyət planını təqdim edərkən bildirib. Arxiyepiskop qeyd edib ki, polis əməkdaşları avtomobilləri içəri buraxmasalar, hökumət binasına piyada gedəcəklər.

“Gəlmək çox vacibdir, maşını olmayanları isə piyada gəlməyə dəvət edirəm. Bir şücaət göstərmək, qəhrəmanlıq göstərmək istəyən hamını dəvət edirəm”. 

Məlumat üçün bildirək ki, Ermənistanda bir neçə gündür etiraz aksiyaları keçirilir.

Xəzər
“Cebhe.info”