Əyləncə məkanında atışma: 8 ÖLÜ

Əyləncə məkanında atışma: 8 ÖLÜ

Cənubi Afrika Respublikasının Durban şəhərində bir əyləncə məkanında baş verən atışma nəticəsində 8 nəfərin ölüb.

"Cebheinfo.az" xəbər verir ki, polisdən verilən açıqlamada Umlazi rayonundakı bir əyləncə məkanına şəxsiyyətləri hələlik müəyyən edilməyən basqınçılar tərəfindən silahlı hücumun təşkil edildiyi bildirilib.

Açıqlamada hücumda 2-si qadın olmaqla 8 nəfərin həyatını itirdiyi qeyd edilib.

2023-cü ildə dünyada cinayət nisbətinin ən yüksək olduğu Cənubi Afrikada 27 mindən çox qətl törədilib.

Nigar Hacılı 
"Cebheinfo.az"