"Ford" 40 mindən çox avtomobili geri çağırır

"Ford" 40 mindən çox avtomobili geri çağırır

ABŞ-ın avtomobil nəhəngi “Ford Motor” təxminən 40 mindən çox avtomobili geri çağırır. 

ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) "Ford"-a qarşı istintaq başladıldığını və şirkət tərəfindən satılan cəmi 42 min avtomobilin yanğın riski səbəbiylə geri çağırma əməliyyatına daxil edildiyini açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, ABŞ-ın avtomobil istehsalçısı "Ford"-a qarşı öz ölkəsində istintaq açılıb.

ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsi bildirib ki, avtomobilin mühərrikində yanğına səbəb ola biləcək yanacaq sızması ilə bağlı narahatlıqlar səbəbilə "Ford"la bağlı araşdırmaya başlayıb və 42 mindən çox SUV modelini geri çağırıb.

Avtomobil təhlükəsizliyi tənzimləyicisi "Ford"un 2022-2023 model ili "Bronco Sport" və 1,5 litr mühərrikli 2022 "Ford Escape" avtomobilləri üçün təklif etdiyi geri çağırma adekvatlığını və təhlükəsizlik təsirlərini nəzərdən keçirdiyini söyləyib.

"Ford" yanacaq injektorunun çatlamasına və yanacaq sızmasına, kapotun altında yanğına səbəb ola biləcək yeni yanacaq injektorunu geri çağırıb.

"Ford" mühərrikə nəzarət proqram təminatı yeniləməsi və təmizləyici qurğu üzərində işləyərkən, çatlamış yanacaq injektorunun dəyişdirilməsinin isə riskli olduğunu bildirib.

Şirkətin yaydığı açıqlamada, 1,5 litrlik "Escape" və "Bronco Sport" avtomobillərində baş verən beş yanğından xəbərdar olduğu, lakin mövzu ilə bağlı qəza və ya yaralanma xəbərinin olmadığı qeyd edilib.

NHTSA “Ford”un eyni problem səbəbiylə 2022-ci ildə təxminən 522 min 2020-2023 "Ford Escape" və 2021-2023 "Ford Bronco Sport"-u  geri çağırdığını açıqlayıb.

Nigar
"Cebhe.info"