Fransada növbədənkənar seçki kampaniyası başlayıb

Fransada növbədənkənar seçki kampaniyası başlayıb

Fransada növbədənkənar parlament seçkiləri çərçivəsində seçki kampaniyasına start verilib.

Bu barədə “Reuters” məlumat yayıb.

Rəy sorğularına əsasən, bu seçkilərdə Marin Le Penin başçılıq etdiyi ifrat sağçı “Milli Birlik” partiyası öndədir.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron partiyasının Avropa Parlamenti seçkilərindəki məğlubiyyətindən sonra gözlənilmədən növbədənkənar parlament seçkləri elan edib.

"Cebhe.info"