Gürcülər yenə etiraza başlayır - Hər gün...

Gürcülər yenə etiraza başlayır - Hər gün...

"Ölkəni geri alaq" şüarı ilə bu gün, 2 noyabr, saat 20:00-da Tbilisidə Parlament binasının qarşısında etiraz aksiyası keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, aksiyanı vətəndaş hərəkatı olan “Dalğa” təşkil edir.

Sözügedən təşkilatın yaydığı məlumata görə, ölkədə seçkilər kütləvi şəkildə "saxtalaşdırılıb", seçici səsinin gizliliyi prinsipinə əməl olunmayıb, buna görə də aksiyalar hər gün 20:00-da davam keçiriləcək.

"Cebheinfo.az"