Gürcüstanda hakim partiya qalmaqallı qanuna dəstək aksiyası keçirəcək

Gürcüstanda hakim partiya qalmaqallı qanuna dəstək aksiyası keçirəcək

Gürcüstanın hakim partiyası aprelin 29-da “xarici agentlər haqqında” qanuna dəstək aksiyası keçirəcək.

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə "Gürcü Arzusu" Partiyası açıqlama yayıb.

“Sizi, ölkəmizin vətənpərvər vətəndaşlarını, Gürcüstandakı inqilabı qara pul, pravoslav kilsəsinə hücumlar, LGBT təbliğatı, narkotik təbliğatı, radikalizm və maliyyə qütbləşməsini rədd etməyə çağırırıq. Biz imkan verə bilmərik ki, siyasi və mənəvi cəhətdən iflasa uğramış siyasi azlıq spekulyasiya etsin və xalqın adından danışsın.

Biz gürcü xalqının böyük əksəriyyətinin harada olduğunu, həqiqəti və ənənəvi dəyərləri qiymətləndirən hər kəsə göstərəcəyik”, - bəyanatda deyilir.

Qeyd edək ki, qanun layihəsinə müxalifətin etiraz aksiyaları davam edir.

"Cebhe.info"