Gürcüstanda yerli seçkilərin tarixi elan edildi

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər bu ilin oktyabrın 4-də keçiriləcək.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.
Seçkilərdə şəhər və rayon merləri, həmçinin yerli məşvərətçi orqanlara (sakrebulo) deputatlar seçiləcək.
Qeyd edək ki, qonşu ölkədə sonuncu yerli seçkilər 2021-ci ilin oktyabrın 2-də baş tutub.//teleqraf.com
"Cebheinfo.az"