Haitidə silahlı hücum nəticəsində 20 nəfər həlak olub
Karib hövzəsi ölkəsi Haitidə bir binaya hücum edən silahlı dəstə 20 nəfərin ölümünə səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, silahlı dəstə paytaxt Port-au-Prinsin Petite Riviere məhəlləsindəki binaya basqın edib.
Hücum zamanı aralarında uşaqların da olduğu 20 nəfər ölüb.
Haiti polisi hücuma görə “Luckson Elan” adlı dəstəni məsul tutub və hücum edənlərin tutulması üçün əməliyyata başlayıb.
Hadisə şahidlərindən biri İspaniyanın “EFE” xəbər agentliyinə verdiyi açıqlamada hücumda ən azı 20 nəfərin yatarkən öldüyünü bildirib və deyib:
"Uşaqlar da daxil olmaqla, hamını yatarkən öldürdülər. Görüntülər dəhşətli idi. Dinc əhaliyə qarşı inanılmaz hücumlar həyata keçirilir. Meyitlərin bəziləri çaya atılır, bəziləri yandırılır".
Nigar Hacılı
"Cebheinfo.az"