Hakimlər süni intellekdən istifadə edəcəklər
Böyük Britaniya hökuməti ədliyyə sisteminin modernləşdirilməsi və işlərin yığılmasını azaltmaq proqramı çərçivəsində Kral Ədliyyə Məhkəmələrində (RCMA) süni intellektin pilot tətbiqinə başlayacaq.
“Cebheinfo.az” bu barədə “Sky News”-a istinadən xəbər verir. Nəşrin məlumatına görə, layihəyə vəkillər və məhkəmə işçiləri üçün süni intellekt köməkçilərinin yaradılması, eləcə də məhkəmə proseslərini sürətləndirəcək daha səmərəli iş idarəetmə sistemlərinin tətbiqi daxildir.
Ədliyyə Nazirliyi bildirir ki, bu alətlər vəkillərin və hakimlərin gündəlik işini dəstəkləmək üçün Böyük Britaniyanın hüquq mütəxəssisləri və texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq.
İlkin mərhələdə texnologiyalar potensial genişmiqyaslı tətbiqdən əvvəl təhlükəsizliyini və məhkəmə sisteminin tələblərinə uyğunluğunu təmin etmək üçün təcrid olunmuş bir mühitdə sınaqdan keçiriləcək.
Həmçinin qeyd olunur ki, hakimlər işlərin çeşidlənməsi üçün süni intellektdən istifadə edə və məhkəmələrin səmərəliliyini artırmaq və qərarların gözləmə müddətini azaltmaq üçün oxşar dinləmələri birləşdirə biləcəklər.
Xəzər
“Cebheinfo.az”

