Haluk Levent CHP-nin təklifini RƏDD ETDİ 

Haluk Levent CHP-nin təklifini RƏDD ETDİ 

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) 31 martda keçiriləcək bələdiyyə seçkilərində sürpriz addımlar ata bilər.

“Cebhe.info” xəbər verir ki, partiya Hatay Böyük Şəhər Bələdiyyəsinin sədrliyinə namizəd olması üçün sürpriz bir isimlə görüşüb.

Belə ki, CHP məşhur müğənni Haluk Leventə təklif verib.

Lakin sənətçi Hatay Böyük Şəhər Bələdiyyəsinin sədrliyinə namizəd olmağı qəbul etməyib. Haluk Levent özü də bu barədə “X” hesabında paylaşım edib. O, təklif gəldiyini, amma qəbul etmədiyini deyib. H.Levent siyasətə girməyi düşünmədiyini açıqlayıb. 

Elmir Mustafa 
“Cebhe.info”