Həkim gözlənilməz baş ağrısının səbəbini açıqlayıb

Həkim gözlənilməz baş ağrısının səbəbini açıqlayıb

Ortoped diş həkimi Andrey Çernov gözlənilməz baş ağrılarının səbəbini açıqlayıb.

Onun sözlərinə görə, buna uzun müddət çeynəmə dişlərinin olmaması və implantasiya proseduruna məhəl qoyulmaması səbəb olur.

Cebhe.info xəbər verir ki, həkim deyib:

“İnsanlar estetik səbəblərə görə ilk növbədə ön dişlərini bərpa edir, çeynəmə dişlərini sonraya qoyurlar, lakin onların olmaması mədə-bağırsaq traktında, insanın yalnız bir dişi çeynəməsi səbəbindən əzələ hipertonikliyində problemlər yarada bilər. Bu isə üz asimmetriyası ilə nəticələnir.

Bundan əlavə, dişlərin olmaması səbəbindən dişləmə pozulur, çənənin mövqeyi dəyişir. Bu, baş ağrısına səbəb ola bilər”.

Həkim əlavə edib ki, çıxarılan dişin yerində olan sümük atrofiyaya uğrayır. Bu, sonradan protezləşmə prosedurunu çətinləşdirir.

Xəzər
Cebhe.info