Helikopter qəzasında 3 nəfər öldü

Helikopter qəzasında 3 nəfər öldü

İndoneziyanın şərqindəki Şimali Maluku vilayətində baş verən helikopter qəzasında 3 nəfər ölüb.

Modern.az xəbər verir ki, “PT Weda Bay Nickel” şirkətinə məxsus “Bell 429 PK-WSW” helikopterinin qalıqları fevralın 21-də Halmera Tenqah rayonundakı meşədə aşkarlanıb. Bu barədə açıqlama verən vilayətin axtarış və xilasetmə ofisinin rəhbəri Fatur Rəhman bildirib ki, helikopterdəki hər 2 ekipaj üzvünün və bir sərnişinin meyiti tapılıb. Axtarış işlərinə 300 nəfər şəxsi heyət, o cümlədən xilasedicilər, polislər, hərbi qulluqçular cəlb olunubmuş.

Bildirilir ki, helikopterin pilotları ilə əlaqə fevralın 20-də yerli vaxtla saat 13:16-da kəsilib. Həmin vaxt helikopter meşənin üzərindən uçurmuş. Hələlik qəzanın səbəbləri bilinmir.

"Cebhe.info"