Səfir evində ölü tapıldı

Səfir evində ölü tapıldı

Hondurasın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Xuan Ramon Elvir Salqado vəfat edib.

“Cebhe.info” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Məlumatı ölkənin xarici işlər naziri Enrike Reina da təsdiqləyib. Səfir Zamoskvoreçye rayonundakı evində dünyasını dəyişib.

Ölümün səbəbi dəqiqləşdirilməyib. Diplomatın cəsədinin vətənə qaytarılması üçün tədbirlər görülür.

Salqado 2023-cü ilin aprelində Honduras səfiri vəzifəsini icra edib. Hondurasın Rusiya Federasiyasındakı səfirliyi 2013-cü ilin oktyabrında açılıb, ölkələr arasında diplomatik əlaqələr isə 1990-cı ildən qurulub.

Xəzər
“Cebhe.info”