İğtişaşlardan sonra Los- Ancelesdə vəziyyət normallaşır

İğtişaşlardan sonra Los- Ancelesdə vəziyyət normallaşır

Los-Ancelesdə bir gecəlik iğtişaşlardan sonra vəziyyət normallaşır.

Bu barədə Los-Anceles dairə şurasının sədri Hilda Solis CNN telekanalına müsahibəsində bildirib.

"Bu, dağıntı və xaos səbəbindən insanların evakuasiya edilməli və ya şəhəri tərk etmələri tələb olunduğu fövqəladə vəziyyət idi. İndi bu əmr ləğv edildi", - məlumatda bildirilib.

Solisin sözlərinə görə, şəhərdə hələ də əsas magistral yollar bağlanıb, lakin sakinlər tədricən işə qayıdırlar.

Rayon şurasının sədri də etirazçıları sakitləşməyə çağırıb.

"Cebheinfo.az"