İndi də erməni nazir danışdı: “Azərbaycanın tələbi ilə...”
“Ermənistan Azərbaycan tərəfinin tələbi ilə Konstitusiyaya dəyişiklik etmək niyyətində deyil”.
“Cebheinfo.az” xəbər verir ki, bunu avqustun 8-də jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
“Ermənistan Respublikası öz Konstitusiyasını ölkə vətəndaşlarının qərarı ilə dəyişə bilər. Ermənistan heç bir dövlətin tələbi ilə öz Konstitusiyasını dəyişdirməyəcək, onu dəyişdirib-dəyişməmək bizim daxili işimizdir”, - Papoyan əlavə edib.
Xəzər
“Cebheinfo.az”