İranlı hakerlər Trampı hədəf alıb

İranlı hakerlər Trampı hədəf alıb

ABŞ-nin keçmiş prezidenti Donald Trampın seçki qərargahının bazası iranlı hakerlər tərəfindən sındırılıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə kampaniyasının sözçüsü Stiven Çeunq “NBC News”-a bildirib.

Amerika mediası vurğulayır ki, olayın nə vaxt baş verdiyini və haradan gəldiyini müstəqil şəkildə yoxlamaq hələ mümkün olmayıb.

“Politico” nəşri iyul ayında Trampın kampaniyasının daxili sənədlərini dərc edən anonim hesabdan elektron məktublar almağa başladığını bildirib. Sənədlərdə Trampın vitse-prezidentliyə namizədlərindən ən azı ikisi, o cümlədən Respublikaçılar Partiyasından vitse-prezidentliyə hazırkı namizəd- Ohayo ştatından senator Vens haqqında araşdırma yazıları olub.

Bu sənədlər 2024-cü il seçkilərinə müdaxilə etmək və bütün demokratik prosesimizdə xaos səpmək üçün Birləşmiş Ştatlara düşmən olan xarici mənbələrdən qeyri-qanuni yolla əldə edilib”, - o bildirib.

O, cümə günü yayımlanan Microsoft hesabatına işarə edərək, "İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli bir İran qrupunun iyun ayında prezident seçkilərində iştirak edən yüksək vəzifəli məmura fişinq e-poçtu göndərdiyini" deyib.

“Microsoft” hücumun hansı kampaniyanın hədəf alındığını açıqlamayıb. “Microsoft” sözçüsü hesabatda yer alan hadisənin təfərrüatlarını açıqlamaqdan imtina edib.

Xəzər
“Cebheinfo.az”