İrəvan indi də Tehranın ətəyindən yapışır

İrəvan indi də Tehranın ətəyindən yapışır

 “Elə olur ki, İran istər-istəməz Qafqazın taleyini həll etməli olur”.  

“Cebhe.info” xəbər verir ki, bunu politoloq Manvel Sarkisyan “Facebook” səhifəsində yazıb.

“Nikol Paşinyanın ötən həftəki qalmaqallı əməllərində özünü göstərən Tavuş vilayətinin 4 kəndini ( əslində Qazaxın-red.) Azərbaycana verməyə hazır olması gözlənildiyi kimi Ermənistanla Azərbaycan arasında gərginliyin azalmasına səbəb olmadı. 

Paşinyanın ABŞ və Avropa İttifaqı nümayəndələri ilə aprelin 5-nə planlaşdırılan görüşü Ermənistanın opponentlərini o həddə çatdırdı ki, “dostuna zəng" - Türkiyəni gözləmək lazım gəldi.

Aprelin 1-də Sergey Lavrov Hakan Fidana zəng edərək regional formatda “3+3” platformasının işə salınması barədə danışıb. Maraqlıdır, niyə birdən-birə bu formatı xatırladılar? Nəyə görə aydındır - onlar xatırladılar ki, İransız artıq regionda heç nəyi həll etmək mümkün deyil. İndi 1920-ci illər deyil. Qafqazın keçmiş “ustası” qayıtdı - və öz şıltaqlığı ilə qayıtdı. İndi son söz ona məxsusdur”.

Erməni ekspert iddia edir ki, üçüncü ölkələrin regiona daxil olmasının qarşısını almaq prinsipi İran siyasətinin əsasını təşkil edir:

“İranı Rusiya və Türkiyə ilə yaxınlaşdıran yeganə hal Qərb ölkələrinin qoşunlarının regionda peyda olması təhlükəsidir. Ermənistana qarşı Qərb ölkələrinin qoşunlarını öz ərazisində yerləşdirməyə çalışmaqda ittiham olunması İranı Rusiya və Türkiyə ilə müttəfiqliyə cəlb etmək üçün yeganə mexanizmdir. Rusiya bunu edir, İranı regionda “3+3” formatını dəstəkləməyə inandırmağa çalışır. 

Ermənistana aydın olmalıdır ki, bu formatda siyasətin mahiyyəti Ermənistanın Qərbdən təcrid edilməsi və onu Rusiya-Türkiyə müttəfiqliyinin Zəngəzurdan keçən dəhlizi yarmağa məcbur etməkdir.

Amma problem ondadır ki, Ermənistanın üç regional qonşusunun maraqlarında köklü ziddiyyət var. İran üçüncü qüvvələrin regiona daxil olmasının qarşısını almaq üçün “3+3” formatı çərçivəsində əməkdaşlığa razı olsa da, Ermənistan ərazisinə doğru genişlənmənin əleyinədir. Ermənistan üçün fürsət pəncərəsi burada yaranır. Ermənistan İrana üçüncü tərəflərin regiona buraxılmaması prinsipi əsasında əməkdaşlıq təklif etməlidir. Belə əməkdaşlıq Ermənistanın Qərb dövlətləri ilə əməkdaşlığı ilə birləşərək Ermənistan ətrafında lazımi maraqlar balansını təmin edə bilər. Nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatlar Ermənistana təhlükəsizlik zəmanəti vermək məsuliyyətini öz üzərinə götürmür, lakin Ermənistana öz təhlükəsizliyini müdafiə etməyə kömək etməyə hazırdır. Müvafiq olaraq, Ermənistanın bu strategiyası ABŞ üçün xüsusi çətinlik yarada bilməz. Maraqlıdır ki, Ermənistanın təklif etdiyi strategiya qonşu Gürcüstan üçün kifayət qədər sərfəlidir . Gürcüstana da Rusiya-Türkiyə təzyiqlərinə qarşı mübarizə mexanizmi lazımdır”.

Göründüyü kimi, əbədi dostu Rusiyadan üz döndərib Qərbə arxalanan Ermənsitanda bunun da faydasız olacağını yaxşı anlayırlar. Bu dəfə də çıxış yolu kimi İranın ətəyindən yapışmaq lazım gəlir.

Xəzər
“Cebhe.info"