İrəvanda Ermənistan-ABŞ Strateji Dialoqunun yekun iclası keçirilir

İrəvanda Ermənistan-ABŞ Strateji Dialoqunun yekun iclası keçirilir

Bu gün İrəvanda Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun iclası keçirilir.

“Cebhe.info” xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında belə deyilir. 

Müzakirələr Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayen arasında aparılır.

Bu görüşdən sonra iki nümayəndə heyətinin iştirakı ilə geniş tərkibdə iclas keçiriləcək.  

Sessiyanın əvvəlində Ararat Mirzoyan və Ceyms O'Brayen açılış nitqi ilə çıxış edəcəklər.

Müşfiq Abdulla 
“Cebhe.info”