İrəvanda etiraz: “Bayrakdar” üçün də qədəh qaldır, Nikol”

İrəvanda etiraz: “Bayrakdar” üçün də qədəh qaldır, Nikol”

“Nikol, Atatürkün də məzarına get və onun planını həyata keçirdiyini bildir”.

Cebhe.info xəbər verir ki, bunu sosial şəbəkə hesabında Ermənistan Respublika Partiyasının İcra orqanının nümayəndəsi, Ermənistan Respublikası Milli Assambleyasının keçmiş vitse-spikeri Eduard Şarmazanov yazıb.

O, Nikol Paşinyanın Türkiyəyə işgüzar səfərinə belə etiraz edib.

“Nikol, xatırla, Şuşa alınandan sonra “böyük qardaşınız” Ərdoğan demişdi ki, Ənvər Paşanın ruhu şad oldu, qardaşlarımız Şuşanı azad etdi. “Bayrakdar” üçün də qədəh qaldırmağı unutma, Nikol.

Atatürkün məzarına gedib onun 100 illik planını uğurla həyata keçirdiyinizi bildirə bilərsiniz”, - Şarmazanov yazıb.

Xatırladaq ki, sosial şəbəkələrin erməni seqmenti Paşinyanın Türkiyə səfərinə etiraz edir. Onu hətta “satqın” adlandıranlar da var.

Xəzər
Cebhe.info