İsrail 2 məktəbi bombaladı: Ölənlər var
HƏMAS hərəkatı bəyan edib ki, İsrail döyüş təyyarələri Qəzzada məcburi köçkün fələstinlilərin sığındığı iki məktəbi bombalayaraq müdafiəsiz mülki insanları məhv etmək, köçürmək və qorxutmaq məqsədi daşıyır.
"Cebheinfo.az" xəbər verir ki, Qəzza şəhərinin şərqindəki Tuffah rayonunda məcburi köçkün fələstinlilərin sığındığı "Ez-Zehra" və "Abdulfettah Hamud" adlı iki məktəbin bombalanması ilə bağlı HƏMAS tərəfindən yazılı açıqlama verilib.
Açıqlamada, İsrail ordusunun yaşayış mərkəzlərində həyata keçirdiyi qırğınların, "Ez-Zehra" və "Abdulfettah Hamud" adlı məktəblərə hücumların 10 aydır davam edən hərbi cinayətlər silsiləsinin bir parçası olduğu bildirilib.
İsrail hökumətinin müdafiəsiz mülki insanları məhv etmək, köçürmək və qorxutmaq məqsədi ilə bu qətliamları həyata keçirdiyi vurğulanıb.
İsrailin “Ez-Zehra” və “Abdulfettah Hamud”a təşkil etdiyi hücumlarda aralarında uşaqların da olduğu 15 fələstinli həyatını itirib.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 314-ü uşaq, 10 min 980-i qadın olmaqla 39 min 699 fələstinli həyatını itirib, 91 min 722 nəfər isə yaralanıb.
Nigar Hacılı
"Cebheinfo.az"