İsrail hücum ərəfəsində: “Bunu edəcəyik”

İsrail hücum ərəfəsində: “Bunu edəcəyik”

İsrailin Baş naziri Benyamin Netanyahu Rəfahda hərbi əməliyyatlara qarşı çıxan qüvvələri sərt tənqid edib.

“Cebhe.info” xəbər verir ki, baş nazir ABC telekanalına müsahibəsində bu barədə danışıb. Bildirib ki, HƏMAS-ın Rəfahda qalan hərbi birləşmələrini zərərsizləşdirmək niyyətindədirlər:

“Onlar sonuncu bastionlardır”.

İsrail Baş nazirinin sözlərinə görə, buna qarşı çıxanlarla qətiyyən razılaşmır:

“Bu barədə danışanlar müharibədə məğlubiyyətdən danışmış olurlar. İsrail ordusu Rəfaha hücum ərəfəsində mülki insanlar üçün təhlükəsiz çıxış təmin edir. Biz bunu edəcəyik. Rəfahdakı HƏMAS terrorçu batalyonlarını zərərsizləşdirəcəyik”.

Xatırladaq  ki, bundan əvvəl bəzi Avropa və Yaxın Şərq ölkələri, o cümlədən Avropa Birliyi rəhbərliyi Rəfaha hücumun gözlənilən nəticləri barədə İsrailə xəbərdarlıq edib.

Xəzər
“Cebhe.info”