İsrail Husilərin PUA-sını vurdu

İsrail Husilərin PUA-sını vurdu

İsrail “Ənsurullah”ın hücumunun qarşısını alıb. 

“Cebheinfo.az” “Reuters” - ə istinadən xəbər verir ki, İsrail ordusu Husilərin Yəməndən buraxıldığı bildirilən pilotsuz uçuş aparatını (PUA) ölkənin cənubundakı Eylat şəhəri üzərində hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edib. 

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb, infrastrukturda da ziyan qeydə alınmayıb. İsrail hərbçilərinin məlumatına görə, dron İsrail hava məkanına daxil olmamışdan əvvəl aşkarlanaraq zərərsizləşdirilib. 

Hücumun məsuliyyətini İranın dəstəklədiyi husi hərəkatının üzərinə götürdüyü bildirilir. Son hadisə Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə baş verib və regionda təhlükəsizlik narahatlıqlarını yenidən gündəmə gətirib.
 
Yunis Abdullayev 
“Cebheinfo.az”