İsrail ordusuna Suriya ilə sərhəddə möhkəmlənmək göstərişi verilib
![İsrail ordusuna Suriya ilə sərhəddə möhkəmlənmək göstərişi verilib](/uploads/images/2024/12/720x400/1734076682945651552675be90abbf04.png)
İsrailin müdafiə naziri İsrael Kats IDF qüvvələrinə Suriya ilə sərhəddəki Hermon dağında möhkəmlənmək barədə göstəriş verib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə nazirin ofisindən məlumat verilib.
Bu qərar Suriyadakı vəziyyətlə əlaqədar ölkənin təhlükəsizliyinin təminatı ilə əsaslandırılıb.
"Cebheinfo.az"