İsrail ordusunun İrana ciddi zərbə PLANI
İsrail ordusu (İDF) artıq İrana qarşı "daha əhəmiyyətli və ciddi zərbə" planı hazırlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamirin "Times of Israel" qəzetinə bildirib.
O qeyd edib ki, İDF İrana qarşı tammiqyaslı hərbi əməliyyatları bərpa etmək üçün təcili döyüş hazırlığı vəziyyətini qoruyub saxlayıb və saxlamaqda davam edir.
İsrail və İran arasında son birbaşa zərbə mübadiləsini şərh edən Baş Qərargah rəisi qeyd edib:
"Bütün müdafiə və hücum sistemlərimiz maksimum hazırlıq vəziyyətində idi. Bizə qarşı irəli sürülən təhdidləri uğurla dəf etdik və İranın özünə qarşı sürətli, güclü zərbə endirdik. Lakin bu zərbə sadəcə daha əhəmiyyətli və sərt cavab üçün hazırlıq idi. Biz geri qayıtmağa və İrana qarşı daha bir sərt və dərin zərbə endirməyə tam hazırıq".
Xəzər
"Cebheinfo.az"

