İsrail Qəzzada şiddətli döyüşlərə başlayıb

İsrail Qəzzada şiddətli döyüşlərə başlayıb

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS-a qarşı şiddətli döyüşlərə başlayıb.

Cebhe.info xəbər verir ki, bu barədə “Al Arabiya” və “Al Hadath” telekanalları məlumat yayıb.

Bildirilib ki, Qəzza şəhərinin qərbində partlayış və toqquşma səsləri eşidilir. 

İsrail ordusunun Fələstinin cənubundakı Xan Yunisin şərqində də intensiv atəş açdığı bildirilib. 

Xatırladaq ki, Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara əsasən, çərşənbə axşamı yerli vaxtla səhər saat 7:00-da başlamalı olan əlavə humanitar fasilənin ilk günü olmalı idi.

Nigar Hacılı
Cebhe.info